BAKI, 14 may. TELEQRAF
Uruqvay hökuməti ölkənin keçmiş prezidenti Xose Muxikanın vəfatı ilə əlaqədar mayın 16-dək matəm elan edib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Karlos Neqro bildirib.
O deyib: "Bu gün mən ən kədərli imzalarımdan birini Prezident Muxikanın ölümü ilə bağlı mayın 16-dək davam edəcək matəm fərmanına atmalı oldum".
Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, o, dəfn mərasimində xarici nümayəndə heyətlərinin iştirakını gözləyir.
X.Muxika mayın 13-də 90 yaşında dünyasını dəyişib.
O, 2010-2015-ci illərdə ölkəyə rəhbərlik edib.