BAKI, 13 may. TELEQRAF
Çeçenistan Prezidenti Ramzan Kadırovun oğlu Adam Kadırov Axmat-Qroznı OMON-un 25 illiyi münasibətilə xatirə medalı ilə təltif edilib.
Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Medalın nəyə görə verildiyi açıqlanmır. Bu, oğul Kadırovun aldığı on yeddinci mükafatdır.
2023-cü ildə 17 yaşlı Adam Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi təyin edilib.