BAKI, 8 may. TELEQRAF

Vatikanda ikinci səsverməsində də yeni Roma Papası seçilməyib.

Teleqraf xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb.

Kardinallar bu gün dörd dəfə papa seçilənə qədər səs verəcəklər. Artıq bir səsvermə keçirilib.

Kardinallar 1,4 milyard üzvü olan katolik kilsəsinin yeni liderini seçmək üçün əsrlər boyu davam edən ritualla bağlı məxfiliyə and içiblər. Bu, dünyanın ən gizli səsverməsi hesab olunur.

Namizədin papa olması üçün kardinalların üçdə ikisinin dəstəyi, yəni 89 səs lazımdır.

Xatırladaq ki, son Roma Papası Fransisk ötən ay 88 yaşında vəfat edib.