BAKI, 8 may. TELEQRAF
Şimali Koreyanın atdığı ballistik raketlər Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda Yapon dənizinə düşüb.
Teleqraf xəbər verir ki, bu barədə Yaponiyanın "NHK" telekanalı məlumat yayıb.
Dağıntılar barədə məlumat verilməyib. Baş nazir Şiqeru İşiba müvafiq nazirlik və idarələrə Pxenyanın raket buraxılışı ilə bağlı məlumatların toplanması və təhlilini gücləndirməyi, habelə gəmiçilik və mülki aviasiyanın təhlükəsizliyini təmin etməyi tapşırıb.
Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargahı Yapon dənizinə doğru qısa mənzilli bir neçə ballistik raket atıldığını bildirib. Buraxılış cənub-şərqdəki Vonsan şəhəri ərazisindən həyata keçirilib.
Şimali Koreya sonuncu dəfə martın 10-da ABŞ və Cənubi Koreyanın genişmiqyaslı “Azadlıq Qalxanı” təlimlərinə başladığı zaman Sarı dənizə doğru çoxsaylı ballistik raketlər atmışdı.
***
04:44
Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb.
Teleqraf xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargahı raketin xüsusiyyətlərini, onun tipini və uçuş məsafəsini təhlil edir.