BAKI, 6 may. TELEQRAF

Pakistan münaqişənin gərginləşməsini istəmir, amma biz öz suverenliyimizi müdafiə etməyə hazırıq.

Teleqraf xəbər verir ki, ölkənin BMT-dəki xüsusi nümayəndəsi Asim İftixar Əhməd belə deyib.

Onun fikrincə, iki ölkə arasında gərginliyin artması Hindistanın günahıdır.

Bu gün BMT Təhlükəsizlik Şurası Hindistan və Pakistanla bağlı məsələlər üzrə fövqəladə qapalı məsləhətləşmələr keçirəcək. Görüş Pakistan tərəfindən tələb olunub.

İki ölkə arasında münasibətlərin kəskinləşməsi aprelin 22-də Kəşmirdə baş verən terror aktından sonra başlayıb.