BAKI, 19 aprel. TELEQRAF

ABŞ-nin Kiyevlə faydalı qazıntılar barədə sövdələşməsinin Ukrayna müharibəsinin nizamlanması ilə əlaqəsi yoxdur.

Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus "Fox News" telekanalına bildirib.

"Bu, atəşkəs danışıqlarının bir hissəsi deyil. Bu, fəlakəti dayandıracaq razılaşma deyil", - o izah edib.