BAKI, 18 aprel. TELEQRAF
Rusiya tərəfi Ukraynada gedən münaqişənin həllinə, öz maraqlarının təmin edilməsinə çalışır və dialoqa açıqdır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı açıqlama verib.
"Rusiya bu münaqişənin həllinə, öz maraqlarının qorunmasına çalışır və dialoqa açıqdır. Biz bu dialoqu davam etdiririk", - o qeyd edib.