BAKI, 11 aprel. TELEQRAF

ABŞ və Çin arasında gərginlik çox ciddidir.

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Mir” teleradio yayım şirkətinə müsahibəsində deyib.

"ABŞ və Çin arasındakı gərginliyi götürün - bu, çox ciddidir. Çinlilərin sayəsində bu gərginliyi yatırtmaq mümkün olur", - prezident qeyd edib.

Onun sözlərinə görə, Belarus və Rusiya bir sıra münaqişələrin gərginləşməsi ilə bağlı yaranan yeni təhlükələri nəzərə almalıdırlar.