
BAKI, 22 mart. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin nəzarətində olan Donetskə gedib.
Teleqraf xəbər verir ki, səfərlə bağlı sosial şəbəkə hesabında paylaşım edən dövlət başçısı Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinə baş çəkib.
Səfər çərçivəsində Pokrovsk nəzarət məntəqəsinə yollanan Zelenski bu istiqamətdə müdafiə, əməliyyat şəraiti və tapşırıqların icrası barədə məruzəni dinləyib.
Döyüşçülərlə söhbət edən Prezident onları dövlət mükafatları ilə təltif edib və birgə xatirə şəkli çəkdirib.
Qeyd edək ki, Volodimir Zelenski uzun müddət idi təmas xəttində görünmürdü.
Onun son səfərləri diplomatik səylərlə əlaqələndirilir.