BAKI, 22 mart. TELEQRAF

Böyük Britaniyanın Hitrou hava limanının fəaliyyəti tam bərpa olunub.

Teleqraf xəbər verir ki, bu barədə aeroport rəsmiləri məlumat yayıb.

Qeyd olunub ki, liman səhər saatlarından etibarən adi rejimdə işləməyə başlayıb.

Rəhbərlik yeni təyyarə reysləri ilə 10 min əlavə sərnişinə xidmət etmək üçün müəyyən tədbirlər görüb.

Xatırladaq ki, dünən Hitrou aeroportu yaxınlığında yerləşən elektrik yarımstansiyasında baş vermiş yanğın səbəbindən hava limanı bağlanmış, təxminən 1300 uçuş ləğv edilmişdi.