BAKI, 22 mart. TELEQRAF

ABŞ səlahiyyətliləri ölkənin Daxili Təhlükəsizlik Departamentindəki mülki hüquqlar şöbəsində çalışanların hamısını işdən çıxarıb.

Teleqraf xəbər verir ki, bu barədə "New York Times" rəsmilərə istinadən məlumat yayıb.

Nəşr vurğulayır ki, nazirliyin 100-dən çox əməkdaşı dövlət qulluğunda başqa iş tapa bilmələri üçün 60 günlük məzuniyyətə göndərilib.

Bundan əlavə, nəşrin məlumatına görə, ABŞ hakimiyyəti vətəndaşlıq və immiqrasiya məsələləri üzrə ombudsman ofisini də bağlayıb.