
BAKI, 21 mart. TELEQRAF
ABŞ Dövlət Departamenti Rusiya nümayəndələri ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək danışıqlarda Amerika nümayəndə heyətinin üzvlərinin adını açıqlamayacaq.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərlə söhbəti zamanı Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.
"Komandalardakı konkret insanlar haqqında danışmayacağam, lakin bunlar yüksək vəzifəli məmurlardır" - o bildirib.
Martın 24-də Ər-Riyadda Rusiya və ABŞ arasında Ukrayna məsələlərinə dair danışıqların yeni raundu keçiriləcək.