
BAKI, 26 mart. TELEQRAF
Ukraynanın sülh danışıqlarının yekunlarına əsasən Şimali Atlantik Alyansına üzv olmaması onun gələcəkdə də NATO-ya qoşula bilməyəcəyi demək deyil.
Teleqraf xəbər verir ki, bu barədə alyansın Baş katibi Mark Rütte açıqlama verib.
O, Varşavadakı İqtisadiyyat məktəbində çıxış edərkən belə deyib: "Biz heç vaxt Ukraynaya söz verməmişik ki, ölkəni sülh danışıqları kontekstində NATO-ya üzv edəcəyik, amma gələcəkdə bunun mümkün olacağı da istisna deyil".