BAKI, 28 mart. TELEQRAF

Kişi basketbolçular arasında 2025-ci il Avropa çempionatının püşkatma mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, turnirdə dörd qrupa bölünən 24 milli komanda iştirak edəcək.

Türkiyə yığması A qrupunda Serbiya, Latviya, Çexiya, Portuqaliya və Estoniyaya qarşı mübarizə aparacaq.

Gürcüstan yığması da ilk dəfə nüfuzlu yarışda iştirak hüququ qazanıb.

A qrupu: Serbiya, Latviya, Çexiya, Türkiyə, Estoniya, Portuqaliya;

B qrupu: Almaniya, Litva, Monteneqro, Finlandiya, Böyük Britaniya, İsveç;

C qrupu: İspaniya, Yunanıstan, İtaliya, Gürcüstan, Bosniya və Herseqovina, Kipr;

D qrupu: Fransa, Sloveniya, Polşa, İsrail, Belçika, İslandiya

Qeyd edək ki, ilk mərhələ avqustun 27-dən sentyabrın 5-dək bir neçə ölkədə: Latviya, Finlandiya, Polşa və Kiprdə keçiriləcək. Final mərhələsi isə sentyabrın 6-dan 14-dək Latviyanın paytaxtı Riqada baş tutacaq.