
BAKI, 27 mart. TELEQRAF
Bu gün Türkiyənin Kayseri şəhərində yerləşən Şuşa Azərbaycan evində iftar süfrəsi açılıb.
Teleqraf xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
İftar süfrəsində Türkiyədə yaşayan və təhsil alan azərbaycanlılardan başqa Kayserinin polis rəisi Atanur Aydın da iştirak edib.