BAKI, 20 mart. TELEQRAF

Böyük Britaniya hökuməti Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın müttəfiqlərinin atəşkəs dövründə Kiyevə silah tədarükünü dayandırmaq tələbini rədd edib.

Teleqdaf xəbər verir ki, bu barədə Bloomberg" agentliyi Britaniya baş nazirinin mətbuat katibi Deyv Paresə istinadən məlumat yayıb .

“Biz hər zaman Ukraynaya hərbi dəstək verməyə davam edəcəyik. Bu, "bütün ssenarilərə" aiddir, - Pares jurnalistlərə deyib.

Martın 18-də Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığında bildirib ki, Ukraynada münaqişənin daha da gərginləşməsinin qarşısını almaq üçün Kiyevə yardımın tamamilə dayandırılması vacibdir.

O, həmçinin əlavə edib ki, eskalasiyanın qarşısını almaq üçün Ukrayna Silahlı Qüvvələrinə kəşfiyyat məlumatlarının verilməsini tamamilə dayandırmaq lazımdır.