
BAKI, 19 mart. TELEQRAF
Rusiya ordusu martın 18-də Prezident Vladimir Putin və amerikalı həmkarı Donald Trampın danışıqlarından sonra Ukraynanın energetika infrastrukturuna hücumları dayandırmaq barədə Ali Baş Komandandan əmr alıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Həmin vaxt havada Ukraynanın hərbi-sənaye kompleksinə aid olan enerji obyektlərinə yönəlmiş 7 Rusiya dronu olub. Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinə dronları zərərsizləşdirmək əmri verilib, 6 dron “Pantsir” kompleks ilə, 1 dron isə kosmik qüvvələrin təyyarəsi ilə vurulub”, - məlumatda deyilir.