
BAKI, 18 mart. TELEQRAF
Münaqişənin gərginləşməsinə yol verməmək və onu sülh yolu ilə həll etmək üçün əsas şərt Kiyevə beynəlxalq yardımın dayandırılmasıdır.
Teleqraf xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla telefon söhbətində belə deyib.
Xatırladaq ki, bu gün ABŞ və Rusiya liderləri arasında iki saata yaxın telefon danışığı olub. Prezidentlər bir sıra məsələləri müzakirə ediblər.
Rusiya tərəfi telefon danışıqlarının detalları ilə bağlı məlumatları açıqlayıb. Ağ Evin də yaxın dəqiqələrdə rəsmi açıqlamalarının olacağı gözlənilir.