BAKI, 18 mart. TELEQRAF

Almaniya hökuməti ölkənin xarici işlər naziri Annalena Berboku 2025-2026-cı illər üçün BMT Baş Assambleyasının sədri vəzifəsinə namizəd kimi irəli sürülməsini planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Mənbə yazır ki, XİN rəhbəri Assambleyaya iyunda prezident seçilsə, sentyabrda səlahiyyətlərinin iclasına başlayacaq.

Xatırladaq ki, 2024-cü ilin iyun ayında keçirilən seçkilərdə Kamerunun keçmiş Baş naziri Filemon Yanq Baş Assambleyanın 79-cu sessiyasının sədri seçilib.