BAKI, 16 mart. TELEQRAF

Azad Avropa/Azadlıq Radiosu ABŞ hökumətindən qrant maliyyələşdirməsinin vaxtından əvvəl dayandırılması barədə bildiriş aldığını təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə media korporasiyanın prezidenti Stiven Kapus məlumat yayıb.

O, bu qərarı Amerikanın düşmənləri üçün "hədiyyə" adlandırıb.

Kapus xəbərdarlıq edib ki, maliyyələşmənin kəsilməsi informasiya müharibəsində ABŞ-nin mövqeyini zəiflədəcək.

Qərar Amerikada mübahisələrə səbəb olub. Belə ki, Konqresin bəzi üzvləri yumşaq güc vasitəsi kimi media orqanlarına davamlı dəstəyin tərəfdarıdır.