
BAKI, 15 fevral. TELEQRAF
Ermənistanın Baş naziri Nikol Paşinyan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir "X" hesabında paylaşım edib.
“Ermənistan-Azərbaycan normallaşma prosesinin cari mərhələsi barədə danışıqlar apardıq. Həmçinin regional sabitlik və sülh danışıqları da müzakirə edildi”,- o qeyd edib.