BAKI, 15 fevral. Teleqraf

Rusiyanın yeddi hava limanında təyyarələrin hərəkəti ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Teleqraf xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako bildirib.

Onun sözlərinə görə, qərarlar təhlükəsizliyi təmin etmək üçün qəbul edilib.