BAKI, 15 fevral. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Münhen konfransı çərçivəsində NATO-nun baş katibi Mark Rütte ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüş zamanı Kiyevin artilleriya ehtiyacları müzakirə edilib.

Zelenskinin ofisinin açıqlamasında deyilir. Qeyd olunur ki, Zelenski və Rutte Ukrayna münaqişəsi bitdikdən sonra “ortaq mövqe formalaşdırmaq” üçün alyansa üzv ölkələrlə koordinasiyanı müzakirə ediblər. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin müdafiə ehtiyacları müzakirə edilib .

Görüşdə Zelenski vurğulayıb ki, Ukraynada münaqişəyə son qoymaq üçün şərtlərdən biri “etibarlı təhlükəsizlik zəmanətləri” olmalıdır.