
BAKI, 15 fevral. TELEQRAF
Səudiyyə Ərəbistanı ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında görüşə ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin bəyanatında məlumat verilib.
Xəbərdə bildirilir ki, Krallıq Rusiya–Ukrayna müharibəsinin tezliklə başa çatmasında maraqlıdır. Sülh danışıqları üçün belə görüşün keçirilməsinin vacibliyi də bəyanatda vurğulanır.
Qeyd edək ki, Trampla Putin arasında görüş üçün mümkün məkan kimi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini nəzərdən keçirilməsi barədə məlumatlar yayılıb.