![](https://teleqraf.az/storage/2025/02/11/715x378/gettyimages-2194444069_e2fac4-e1738198756197.jpg)
BAKI, 11 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp hərbi münaqişəyə girməkdənsə, İranla razılaşmağa üstünlük verəcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı İranla mümkün anlaşmanın yollarına da diqqət çəkib.
“Hamı elə bilir ki, İsrail bizim köməyimizlə və ya razılığımızla İranı bombalayacaq. Belə olmamağı üstün tuturam. Mən İranla bizə nüvə obyektlərini təftiş etməyə, monitorinq aparmağa imkan verən sazişə üstünlük verərdim”, - prezident bildirib.
Həmçinin Tramp qeyd edib:
“İranın nüvə silahı əldə etməsinə icazə verilə bilməz və onları dayandırmağın iki yolu var: bombalarla və ya kağızla. Mən onlara zərər verməyən saziş bağlamağı üstün tuturam. Düşünürəm ki, onlar da bunu istəyəcəklər”.