BAKI, 11 fevral. TELEQRAF

Amerika lideri Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb.

Teleqraf xəbər verir ki, suallarının çoxu Ukrayna münaqişəsinin həlli ilə bağlı olub.

Prezident bildirib ki, hazırda qruplar səviyyəsində danışıqlar aparılır.

O deyib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir, lakin “tanqo üçün iki nəfər lazımdır” .

Tramp Rusiya lideri ilə telefon danışığı ilə bağlı suala birbaşa cavab verməyib. Bununla belə, o qeyd edib ki, mümkün olsa, razılaşma əldə etmək istərdi.