BAKI, 11 fevral. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin və Ağ Ev rəhbəri Donald Tramp arasında dialoqun baş tutması barədə xəbərlərin təsdiqə ehtiyacı var.

Teleqraf xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski deyib.

"RBK-Ukrayna"nın yazdığına görə, Prezident deyib: “Onların (Putin və Trampın) ünsiyyət qurmasına gəlincə, baxıb görəcəyik, nə necədir".

Zelenski həmçinin bildirib ki, Ukrayna və Amerika rəsmiləri artıq onun Trampla görüşünü təşkil etmək üçün çalışırlar.