BAKI, 11 fevral. TELEQRAF

Avropa İnvestisiya Bankı Ukraynaya iki milyard dollar ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat verib.

“Ukrayna üçün daha 2 milyard dollar. Köməyə görə təşəkkür edirəm!” - Zelenski bildirib.

Dövlət başçısı ayrılan pulun Ukraynanın energetika sektoruna yardıma, həmçinin məktəblərdə və uşaq bağçalarında sığınacaqların tikintisinə sərf olunacağını deyib.