
TBİLİSİ, 10 fevral. TELEQRAF
Gürcüstanda Qrantların İdarə olunması üzrə Dövlət Agentliyinin yaradılması planlaşdırılır.
Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, publik hüquqi şəxs olacaq qurum ictimai təşkilatlara qrantlar təqdim edəcək.
Agentliyin yaradılması ilə bağlı qanun layihəsini hökumət hazırlayıb və artıq parlamentə təqdim olunub.
Qurumun yaradılmasında məqsəd fəaliyyətləri Gürcüstanın prioritet inkişaf istiqamətlərinə töhfə verəcək yerli QHT-ləri dövlət büdcəsi hesabına dəstəkləməkdən ibarətdir.
Sənəddə bildirilib ki, 2025-ci il dövlət büdcəsindən agentliyin yaradılması və fəaliyyəti, həmçinin qrantların verilməsi üçün 20 milyon lari (12,2 milyon AZN) həcmində vəsait ayrılıb. Qurumda təxminən 10 nəfərin çalışacağı nəzərdə tutulub.