BAKI, 9 fevral. TELEQRAF

Prezident Donald Tramp ABŞ Məxfi Xidmətinə 2024-cü ildə seçki kampaniyası zamanı ona sui-qəsd cəhdi edən şəxslərlə bağlı bütün məlumatların təqdim olunmasını tapşırıb.

Teleqraf xəbər verir ki, bu barədə "New York Post" yazıb .

ABŞ Prezidenti deyib: "Mən iki qatil haqqında bilmək istəyirəm... Niyə bir oğlanın altı mobil telefonu, digərinin isə (xarici) proqramları vardı? …Daha Baydenə görə nəyinsə ört-basdır edilməsinə ehtiyac yoxdur. Mənim bilmək hüququm var".

2024-cü il iyulun 13-də Pensilvaniyadakı seçki kampaniyası zamanı Donald Trampa sui-qəsd cəhdi olub. Siyasətçi qulağından zədə alıb. 2024-cü ilin sentyabrında Tramp qolf oynayarkən növbəti onu növbəti dəfə öldürmək istəyiblər. Atəş açan şəxs saxlanılıb, siyasətçiyə heç bir zərər dəyməyib.