BAKI, 8 fevral. TELEQRAF

İsrail Qəzza zolağında məqsədinə nail ola bilmədi.

Teleqraf xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei HƏMAS lideri vəzifəsini icra edən Xəlil əl-Yəhya və digər 2 rəsmi şəxslə görüşdə bildirib.

Tehranda baş tutan danışıqlar zamanı Xamenei HƏMAS-ı son proseslər fonunda tərifləyib.

“Siz sionist rejimi məğlub etdiniz, bu, əslində, Amerikanın məğlubiyyəti idi. Onlara məqsədlərinə çatmağa imkan vermədiniz”, - Xamenei vurğulayıb.

O, həmçinin əlavə edib ki, ABŞ-nin İslam Respublikasına qarşı təhdidlərinin İran millətinin düşüncə tərzinə heç bir təsiri yoxdur.