
İraq parlamentinin deputatı Hakim Əl-Zaməli İŞİD-ə qarşı koalisiyanın başında duran ABŞ və koalisiyanın güclü ortaqlarından olan İngiltərə haqqında ciddi iddialar irəli sürüb.
Teleqraf.com-un xəbərinə görə, İran və Amerika mətbuatına sızan xəbərlərə görə, Əl-Zaməli verdiyi açılamada İraq ordusunun Əl-Əkbər bölgəsində İŞİD-ə silah daşıyan iki ingilis təyyarəsini vurduğunu təsdiq edib.
O, rəhbəri olduğu İraq parlamenti beynəlxalq təhlükəsizlik və Müdafiz Komitəsinin İŞİD-ə silah daşıyan və vururlaraq salınan iki ingilis təyyarəsinin şəkillərini əldə etdiyini bildirib. İraq parlamenti bu məsələylə bağlı Londondan açıqlama tələb edib.
Bağdad hökumətinin Əl-Əkbər əhalisi və müdafiə güclərindən vaxtaşırı məlumat almağa çalışdığını deyən Əl-Zaməli əldə etdiyi bilgilərdə ABŞ-ın nəzarətindəki koalisiya təyyarələrinin İŞİD terrorçularının təlim keçirdiyi torpaqlara çoxlu sayda silah yardımı etdiyini bildirirb.
Əl-Zaməli ABŞ-ın Kərbəla və Bağdada yaxın olan Əl-Ənbər bölgəsindəki xaosun davam etməsini istədiyini, İŞİD böhranının sona çatmaması üçün koalisiya ölkələrinin terrorçulara silahlı verməsini müdafiə edir.
Amerika mətbuatında yer alan xəbərlərə görə,İraq yetkililəri İŞİD-in nəzarətindən azad olunan ərazilərdə də ABŞ, Avropa ölkələri və İsraildə istehsal olunan silahların tapıldığını bildirib.
Nihad