
BAKI, 7 fevral. TELEQRAF
"Rəsmi Dəməşq Donald Tramp administrasiyası ilə Suriya ərazisindəki Amerika bazalarının gələcəyini müzakirə edir və bu problemin həlli bir qədər vaxt alacaq".
Teleqraf xəbər verir ki, bunu Suriya müdafiə naziri Murhaf əbu Kəsra deyib.
“Hamı Trampın hakimiyyətə gələcəyini gözləyirdi. Amerika administrasiyası və Suriyanın yeni hökumətinin bu məsələni həll etməsi üçün müəyyən vaxt lazımdır. Hazırda mövzu ilə bağlı danışıqlar aparılır”, - nazir belə qeyd edib.
Xatırladaq ki, bundan əvvəl İsrail və ABŞ mediası Suriyadakı Amerika qüvvələrinin ölkədən çıxarılacağını yazmışdı. ABŞ prezidenti bundan sonra belə bir addımı istisna etməyərək, Vaşinqtonun Suriyadakı proseslərə müdaxilə etməyəcəyini açıqlamışdı.