
BAKI, 7 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə dini büro yaradacağını və federal hökumət daxilində anti-xristian qərəzinin aradan qaldırılması üzrə bu quruma Baş prokuror Pam Bondinin rəhbərlik edəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, prezident birliyə çağırış edərək, keçən il bir neçə uğursuz sui-qəsd cəhdindən sonra onun dinə münasibətinin dəyişdiyini deyib.
Tramp xristianları dini ayrı-seçkilikdən qorumaq üçün addımlar atacağını da bildirib.
“Bu qurumun missiyası federal hökumət daxilində, o cümlədən Ədliyyə Nazirliyi, Daxili Gəlir Xidməti, Federal Təhqiqatlar Bürosu və digər qurumlarda tam bir dəhşət olan anti-xristian qərəzi və ayrı-seçkiliyin bütün formalarını dərhal dayandırmaq olacaq”, - Amerika lideri vurğulayıb.