BAKI, 6 fevral. TELEQRAF

Myaçkovo aerodromu ərazisindəki təyyarə qəzasının texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal edilir.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, P-2002 Sierra yüngül təyyarəsi təlim uçuşu zamanı paytaxt bölgəsində qəzaya uğrayıb. Təyyarənin ekipajı ilə əlaqə Moskva vaxtı ilə saat 13:10-da kəsilib.

Təyyarədəki iki nəfəri xilas etmək mümkün olmayıb. Onlardan birinin keçmiş hərbi pilot Vitali Kiyaşko olduğu bildirilir.

Təyyarə əkin sahəsinə düşüb. Yanğın hadisə yerinə gələn xilasedicilər tərəfindən söndürülüb. Dağıntı yoxdur.

Qəza ilə bağlı araşdırma başlayıb, faktla bağlı cinayət işi açılıb.

***

21.43

BAKI, 6 fevral. TELEQRAF

Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Teleqraf xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, təyyarə Myaçkovo hava limanı yaxınlığında təlim zamanı qəzaya düşüb.

Hadisənin səbəbləri barədə məlumat verilməyib.