"Amerika rəsmiləri İranın nüvə bombası yaratmağın daha sürətli yolunu tapmağa çalışdığına əmindirlər".

Teleqraf.com xəbər verir ki, bu barədə "The New York Times" qəzeti ABŞ-nin indiki və keçmiş rəsmilərinə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, iranlı silah konstruktorları və alimləri artan nüvə yanacağı ehtiyatlarını bombaya çevirməyə hansı mexanizmin imkan verəcəyi barədə düşünürlər.