Ağ Ev fevralın 19-da Qətərdə ABŞ və Taliban nümayəndələri arasında danışıqlar aparılması ilə bağlı məlumatları təkzib edib.

Teleqraf.com-un məlumatına görə, ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Bernadette Meehan bildirib ki, Vaşinqton Talibanın iştirakı ilə Əfqanıstan sülh prosesini dəstəkləyir. Amma ABŞ-la Taliban arasında elə bir görüş planlaşdırılmayıb.

Pakistan rəsmiləri bundan əvvəl fevralın 19-da belə bir görüş keçirilməsinin mümkünlüyü barədə məlumat yaymışdı.