"Qərb ölkələri ukraynalıların özləri kimi Ukrayna münaqişəsindən yorulub, ona görə də Kiyev və Moskva arasında qarşıdurmanın mümkün qədər tez bitməsini təmin etmək üçün hər şeyi etmək lazımdır".

Teleqraf.com "TASS"-a istinadən xəbər verir ki, bunu Polşa hökumətinin başçısı Donald Tusk Aİ sammitindən sonra bildirib.

“Yorulduğumuzu söyləmək bir az axmaqlıqdır, amma bu bir həqiqətdir. Bu o deməkdir ki, biz bu müharibənin mümkün qədər tez başa çatması üçün hər şeyi etməliyik”, - Polşanın baş naziri deyib.