Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə Debaltsevo rayonundakı vəziyyəti müzakirə edib.

Teleqraf.com-un Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, telefon söhbəti ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

Söhbət zamanı S. Lavrov Kiyevlə Donetsk və Luqansk separatçıları arasında birbaşa dialoqun qurulmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, bu kimi addımlar Debaltsevodakı döyüşlərin dayandırılmasına yardım edəcək.