2015-ci ili “Kitab ili” elan edən “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberqin tövsiyə etdiyi kitablar çox sürətlə satılaraq kitab rəflərində tükənib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu il iki həftəyə bir kitab oxumağı qarşısına məqsəd qoyan Mark Zukerberqin oxuduğu kitablardan biri Moises Naimin 320 səhifəlik "The End of Power"dir.

Böyük dövlətlərin, ordu və digər təşkilatların əllərində saxladıqları gücün fərdlərin əlinə keçməsindən bəhs edən kitab 24 saat ərzində onlayn satış platforması amazon.com-da tamamilə bitib. Zukerberqin seçdiyi ikinci kitab isə məşhur kanadalı psixoloq Stiven Artur Pinkerin yazdığı "The Better Angels of Our Nature"dir.Nəşrdə eramızdan əvvəldən bugünədək insanlıq tarixindəki şiddət miqdarının şüurlu şəkildə getdikcə azaldığından danışılır.

Rüstəm