Türkiyədə tələbə qızın qətlə yetirilməsində şübhəlilərə məhkəmə hökmü oxunub.

Teleqraf.com DHA-ya istinadən xəbər verir ki, 20 yaşlı Özgecan Aslanı öldürməkdə şübhəli Subhi Altındöken “xüsusi amansızlıqla öldürmə”, ona kömək etmiş atası Necmettin Altındöken ilə Fatih Gökçe isə “cinayət ortaqlığı və yardım etmək” maddələri ilə məsuliyyətə cəlb olunub.

Polis 20 yaşlı Özgecan Aslanın yanmış cəsədini çay kənarında aşkar edib.

Hadisə ilə bağlı 3 nəfər - mikroavtobus sürücüsü, onun atası və dostu həbs olunub.
Məlumatlara görə, tələbə qız onu zorlamağa cəhd edən avtobus sürücüsünə müqavimət göstərib. Özgecan Aslan bibər qazı balonunu işə salaraq həmin adama müqavimət göstərib. Mərhum qızın bıçaqlandığı və baş nahiyəsindən dəmir boru zərbəsi aldığı bildirilib.

Qətlin qəddarlığı Türkiyə boyu kütləvi etitrazlara səbəb olub.

Şənbə və bazar günləro minlərlə qadın Ankara, İstanbu, Mersin və ölkənin digər şəhərlərində etiraz aksiyaları keçirib.

Rüstəm