"Reuters”in Parisdən verdiyi xəbərdə deyilir ki, Fransa və Almaniya bəyan edib ki, Ukraynanın şərqində ümumilikdə atəşkəsə əməl olunur. Ancaq lokal xarakterli atışmalar da qeydə alınıb. Həmin halların aradan qaldırılması üçün təcili tədbirlər görülməlidir. Fransa prezidentinin mətbuat xidməti bazar günü belə bir bəyanatla çıxış edib.

Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel Rusiya və Ukrayna prezidentləri ilə telefon danışığı aparıblar. Tərəflər Minskdə fevralın 12-də əldə olunmuş razılaşmaya əməl olunması üçün gərəkən növbəti addımların atılmasının zəruriliyindən danışıblar.

Agentlik bildirir ki, Ukraynanın şərqində atəşkəsə əməl olunur, ancaq Debaltseve şəhərində separatçılar bəyan ediblər ki, onlar müharibəni dayandırmaq fikirində deyillər. Bu şəhər starateji önəm daşıyır və orada Ukrayna qoşun hissələri mühasirəyə alınıb.
/musavat.com/