"Qəzza zolağında hər gün orta hesabla 67 uşaq ölür".
Teleqraf.com "Əl-Cəzirə" kanalına istinadən xəbər verir ki, bunu BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) əməkdaşı Luiz Uotidc deyib.
Onun sözlərinə görə, yalnız son günlər İsrail ordusu iki məktəbə zərbələr endirib. Hücum nəticəsində 17 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. O, əlavə edib ki, Fələstin anklavının mərkəzi və cənub hissələrində 100-ə yaxın mətbəx var və hər gün ehtiyacı olanlara təxminən 400 000 yemək paylayır.
Bundan başqa Qəzzaya girmək üçün Misir və İordaniya sərhədlərində dərman və gigiyena məhsulları olan 40-a yaxın yük maşını gözləyir .