
Avrobus şoferi tərəfindən vəhşicəsinə öldürülən türkiyəli 20 yaşlı universitet tələbəsi Özgəcan Aslan barədə Türkiyənin məşhurları da sərt təpki verməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, məşhur aktrisa Beren Saat Ö.Aslanın təcavüz ediləndən sonrı yandırılmasını kəskin şəkildə qınayıb. O, Türkiyədə gözəl qız olmağın çətinliyindən danışıb, başına gələn təcavüz hadisələrindən bəhs edib.
B.Saat özünün Twitter və İnstaqram səhifələrində fikirlərini bölüşüb: “Bu gecə gözlər dolub daşar, boşalar ... Yenə Taksimə yürüş etsək nə dəyişəcək ? Qadın hər ötən il daha dəyərsizləşir bu ölkədə... Bilirəm daha da sərtləşəcək hər şey... Yenə qadın günahlandırılacaq, cinayət axtarışı aparılacaq, yenə tapılacaq bir bəhanə ... Yenə alçaldılma... Yenə mədə bulanması...”
Aktrisa əlavə edib ki, ona istər aktyorlar, istərsə də televiziyada çalışan rəhbər şəxslər tərəfindən təcavüz cəhdləri olub.
B.Saat daha sonra qeyd edib: “İnsanlıq cinayətlərinə göz yummaq günahdır!!! Bir gün hesab soracaqlar!!! Cinsi ayrı-seçkilik etmədən hər bir vətəndaşın canını qorumaq öhdənizə düşür!!! Diləyirəm, son gününü heç xatırlama Özgəcan, xəyallarınla dinclik içində yat”.
Xatırladaq ki, bir neçə gün əvvəl 20 yaşlı universitet tələbəsi olan Özgəcan avtobusda təcavüzə məruz qalıb. O, təcavüz etmək istəyən sürücünün üzünə bibər qazı sıxıb. Bu səbəbdən sürücü onu bıçaqlayaraq öldürüb. Qız müqavimət edərkən sürücünün üzünü cırmaqladığı üçün o, Özgəcanın əllərini kəsib, atasının və dostunun köməyilə qızın cansız bədənini yandırıb. Evli və 1 uşağı olan sürücü, 50 yaşlı atası və 20 yaşlı dostu artıq həbs edilib.