İsrail Müdafiə Qüvvələrinin əsgərləri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun üzvlərindən olan İzzəddin Kassabı öldürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, o, İsrail Hərbi Hava Qüvvələrinin kəşfiyyat məlumatları əsasında həyata keçirdiyi hədəfli zərbə nəticəsində Fələstin anklavının cənubundakı Xan Yunis şəhəri yaxınlığında məhv edilib.

İDF bildirib ki, Kassab Qəzza zolağında sağ qalan HƏMAS Siyasi Bürosunun sonuncu yüksək rütbəli üzvlərindən biri olub. Onunla yanaşı köməkçisi Ayman Ayeş də sıradan çıxıb.