ABŞ Çinin bəzi sektorlara ixrac üçün qanunsuz dəstək verdiyi iddiası ilə Dünya Ticarət Təşkilatına (DTÖ) müraciət edərək, araşdırmalar başlanmasını istəyib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Dünya Ticarət Təşkilatı məlumat yayıb. Bildirilir ki, Çinin kənd təsərrüfatı, tibb, yüngül sənaye, xüsusi kimya mühəndisliyi və inşaat materialları sektorlarına qanunsuz dəstəyi ilə bağlı araşdırmalar aparılacaq.

ABŞ-ın müraciətinə əsasən, Çin əvvəl müəyyən sektorlarda sahibkar qrupları yaradır, sonra isə bu qrupların ixracata yönəlmiş istehsalına xüsusi stimul verir.

Samir