Donetskdə Rusiya Federal Penitensiar Xidmətinin regional idarəsinin rəislərindən birinin həyatına sui-qəsdin qarşısı alınıb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya FSB-nin DXR üzrə İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rusiya vətəndaşı, Volnovaxa sakini terror aktına hazırlaşdığı üçün saxlanılıb. Ukrayna Təhlükəsizlik Xidmətinin göstərişi ilə o, altı ay ərzində Federal Penitensiar Xidmətin əməkdaşına nəzarət edib, müstəqil şəkildə partlayıcı qurğu hazırlayıb və onu radio rabitəsi vasitəsilə işə salmağı planlaşdırıb.