
“Bütün ölkə ərazisində hərbi vəziyyətin tətbiqi barədə qərarın qəbul edilməsinə hazırıq”.
Teleqraf.com unain.net-ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Petro Poroşenko deyib.
Onun sözlərinə görə, bu qərarı vermək üçün tərəddüd etməyəcək: “Bütün Ukrayna hökuməti və Ali Rada bu qərarın qəbul edilməsinə hazırdır. Əgər təcavüzkarların məsuliyyətsiz hərəkətləri münaqişənin daha da gərginləşməsinə gətirib çıxarsa, mən də bu qərarı vermək üçün heç bir tərəddüd etməyəcəm”.
Poroşenko hesab edir ki, Ukrayna və Avropa Birliyi Minskdəki danışıqlarda Ukraynanın şərqində qeyd-şərtsiz atəşkəs üçün israrlı olacaq: “Sizi əmin edə bilərəm ki, Ukrayna və Avropa Birliyi Minsk sammitində vahid mövqedən çıxış edəcəklər”.
Samir