Rusiya Prezidenti Vladimir Putin misirli həmkarı Əbdülfəttah əs-Sisiyə "Ak-47" markalı Kalaşnikov avtomatı hədiyyə edib.

Teleqraf.com-un "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, hədiyyə V. Putinin bu gün Misirə səfəri çərçivəsində verilib.

Ə. əs-Sisinin də qonağa hədiyyə təqdim etdiyi bildirilsə də bunun nədən ibarət olduğu açıqlanmayıb.

Qeyd edək ki, V. Putin daha əvvəl Rusiyaya səfəri zamanı Ə. əs-Sisiyə qızılulduzlu pencəyi hədiyyə olaraq təqdim etmişdi.