Ukraynanın şərqindəki rus separatçıları Donetskin Kramatorski rayonunda aerodrom və küçələri atəşə tutublar.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Müdafiə Nazirliyi açıqlama verib. Nazirlikdən yayılan məlumatda separatçıların əsasən “Tornado” mərmilərindən atəş açdıqları bildirilib. Rəsmilər hadisə zamanı 3 dinc sakinin öldürüldüyünü, 15-nin isə xəsarət aldığını qeyd ediblər.

Baş verənlər yerli sakinlərdən biri tərəfindən mobil telefonla lentə alınıb.

Teleqraf.com həmin görüntüləri təqdim edir:

Samir